İştirakçılara “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn əsas tələblər, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatı, fərdi məlumatların təhlükəsizliyinin təmini üzrə texniki və təşkilati tədbirlər, eləcə də informasiya sistemlərində fərdi məlumatların qanuni və təhlükəsiz işlənilməsi ilə bağlı praktiki məsələlər barədə məlumat verilib.
Bildirilib ki, dövlət qeydiyyatı tələb olunan informasiya sistemlərini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılması və işlənilməsi qanun pozuntusu hesab edilir. Həmçinin fərdi məlumatların mühafizəsi üzrə müəyyənləşdirilmiş təhlükəsizlik tələblərinə əməl edilməməsi inzibati məsuliyyət yaradır və bu hallarla bağlı ETX qanunvericiliyə uyğun tədbirlər görəcək.
Eyni zamanda vurğulanıb ki, telekommunikasiya fərdi məlumatların mühafizəsi baxımından yüksək riskli sahələrdəndir. Bu sahədə təhlükəsizliyin təmini ölkənin internet məkanının təhlükəsizliyinin qorunması, telekommunikasiya xidmətlərinin dayanıqlığının gücləndirilməsi və istifadəçilərin rəqəmsal xidmətlərə etimadının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
ETX strateji sənədlərdə müəyyən olunmuş tapşırıqların icrası çərçivəsində fərdi məlumatların mühafizəsinin gücləndirilməsi məqsədilə digər həssas sektorlar üzrə də maarifləndirmə və metodiki dəstək tədbirlərini davam etdirməyi nəzərdə tutur.







Vaxtında, Aydın, Lazımlı!


