Rusiya şantaja keçib – Elxan Şahinoğlu

   Rusiya şantaja keçib –    Elxan Şahinoğlu
  25 May 2026    Oxunub:2023
Rusiyanın Kiyevə raket zərbələrini davam etdirəcəyini söyləyən xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna paytaxtında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərini və səfirliklərini xəbərdar edib.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Zaxarovanın bu açıqlaması xarici ölkələrə şantaj xarakterlidir. Yəni Kreml müxtəlif ölkələrə mesaj göndərib ki, “Kiyevdəki səfirliklərinizin fəaliyyətini dayandırmasaz günahı özünüzdə axtarın, mərmilər səfirliklərə və dilpomatlara da tuş gələcək”.

- Kiyevdə binası raket zərbələrindən ən çox zərər görən səfirlik Azərbaycana məxsusdur. Ukraynadakı keçmiş səfirimizi çıxmaq şərtilə müharibənin ilk illərindəki ağır günlərdə belə səfirliyimiz fəaliyyətini dayandırmayıb. Kremlə Kiyevdəki səfirliklərin koordinatları verilib. Moskva bu koordinatlarla hesablaşmır. Rusiya qoşunları 2022-ci ildə Kiyevə desant töküb Ukrayna paytaxtını işğal etmək istədikdə, tanklar şəhərə yaxınlaşanda xarici ölkə səfirlikləri fəaliyyətlərini dayandırmamışdılarsa, indi niyə qapanmalıdırlar?,- Şahinoğlu sual edib.

Onun sözlərinə görə, hər bir ölkə xaricdə fəaliyyət göstərən diplomatlarının təhlükəsizliyini düşünməlidir, ancaq Moksva istəyir deyə Kiyevdə səfirliyi qapatmaq Rusiya qarşısında geri çəkilmək anlamı daşıyacaq.


Teqlər: Rusiya   Kiyev   Şərh  



Xəbər lenti