Tramp: “Ərdoğan İran tərəfdən müharibəyə qoşula bilərdi” │ VİDEO

      Tramp:    “Ərdoğan İran tərəfdən müharibəyə qoşula bilərdi”    │ VİDEO
  08 İyul 2026    Oxunub:147
ABŞ Prezidenti Donald Tramp rəsmi Ankaranın Yaxın Şərqdəki mövcud hərbi böhrana müdaxilə etməməsinin şəxsən onun sayəsində baş tutduğunu bəyan edib.
Ankarada NATO-nun Baş katibi Mark Rütte ilə bir araya gələn Tramp Türkiyənin nəhəng hərbi qüdrətə malik olduğunu xüsusi vurğulayıb.

"Türkiyə nəhəng bir hərbi dövlətdir"

Türkiyənin potensialını yüksək qiymətləndirən Tramp qeyd edib: “Türkiyə böyük hərbi gücə malik dövlətdir. Milyonlarla əsgəri var və olduqca güclüdür. Onların sərəncamında bizim ən yaxşı hərbi texnikamız və avadanlıqlarımız var. Hazırda da F-35 qırıcılarını əldə etməyə çalışırlar”.

ABŞ lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibəyə qoşulmaq istədiyini, lakin özünün buna mane olduğunu iddia edib: “Ərdoğan İran tərəfdən müharibəyə daxil ola bilərdi, çünki onun İsraildən və şəxsən Netanyahudan elə də xoşu gəlmir. O, məhz mənim sayəmdə bu addımı atmadı. Əgər mən olmasaydım, o, müharibəyə qoşular və digər cəbhədə (İran tərəfində) yer alardı”.


"Ərdoğanın ağlı başındadır, qarşı tərəf isə dəlidir"

Tramp Türkiyə Prezidentinin İrana da rəğbət bəsləmədiyini bildirib: “Düşünmürəm ki, onun o biri tərəfdən də xoşu gəlsin. Çünki Ərdoğan kifayət qədər sağlam düşüncəli, ağlı başında olan biridir. Qarşı tərəf isə tamamilə dəlidir. Amma ümumilikdə hesab edirəm ki, onlar (Türkiyə) bizə qarşı dürüst və düzgün davrandılar”.

ABŞ Prezidenti həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun ötən gün Türkiyə və şəxsən Ərdoğan barəsində olduqca sərt və kəskin ifadələr işlətdiyini də xatırladıb.

Tariyel
AzVision.az


Teqlər: Tramp   ABŞ   İran   Türkiyə  



Xəbər lenti