Hüseynbala Mirələmovun yeni əsərləri təqdim edildi

Hüseynbala Mirələmovun yeni əsərləri təqdim edildi
  03 İyul 2026    Oxunub:231
İyulun 1-də yazıçı-dramaturq, texnika elmləri doktoru Hüseynbala Mirələmovun yeni qələmə alıdğı ‘’Ruhum gözlərini yum...’’, ‘’Eşqin rəngləri’’ və ‘’Bəyaz buludlar üstdə’’ kitablarının təqdimat mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə açan akademik Nizami Cəfərov Hüseynbala Mirələmovun Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xəttə malik olduğunu qeyd edərək, təqdim edilən yeni əsərlərdə insanın mənəvi aləmi, vicdanı, sevgisinə və həyat qarşısındakı öhdəlikləri ilə bağlı yeni yanaşma tərzi nümayiş etdirdiyini diqqətə çatdırıb.


N.Cəfərov onu da vurğulayıb ki, hər zaman öz əsərlərində mənəvi dəyərlərə üstünlük verən Hüseynbala Mirələmov bunu daxili mübarizə və həyat seçimləri ilə müayisədə təqdim edir.


Mərasimdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının sədri Rəşad Məcid, millət vəkilləri Ziyad Səmədzadə, Eldar İbrahimov və digər natiqlər Hüseynbala Mirələmov yaradıcılığının çoxşaxəli iqtiqamətlərindən, mövzu rəngarəngliyindən və vətəndaş mövqeyindən danışıblar. Qeyd edilib ki, Hüseynbala Mirələmovun əsərləri dünyanın 50-dən artıq ölkəsində nəşr edilib, böyük maraqla qarşılanıb.

Daha sonra Hüseynbala Mirələmovun qələmə aldığı son kitablarla bağlı geniş elmi məruzə dinlənilib. Akademik Millin Dram Teatrının aktyoru Kazım Həsənquliyev müəllifin əsərindən monoloq ifa edib. Mərasim yeni əsərlərin müzakirəsi ilə davam edib.


Qeyd edək ki, ‘’Ruhum gözlərini yum...’’ romanı müasir dövrün ən mühüm mövzularından biri olan süni intellekt, texnoloji inkişaf və insanın mənəvi taleyindən bəhs edən fəlsəfi əsərdir. ‘’Eşqin rəngləri’’ insan qəlbinin incə duyğularının, sevginin müxtəlif çalarlarını və mənəvi kamilləşdirici gücünü əks etdirən psixoloji-fəlsəfi romandır. ‘’Bəyaz buludlar üstdə’’ əsəri isə həyatın mürəkkəb sınaqları və əxlaqi dəyərləri bədii-fəlsəfi müstəvidə əks etdirir.



Teqlər:



Xəbər lenti