Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər

Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
  26 İyun 2026    Oxunub:159
Qazaxıstan Çin, Türkmənistan və Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər.
Bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib.

O qeyd edib ki, Energetika Nazirliyi xaricdən aviasiya yanacağı tədarükünün müxtəlif variantlarını araşdırır: “Çin Xalq Respublikasından aviasiya yanacağı idxal edən bəzi treyderlərimiz var. Biz Türkmənistandan, eyni zamanda Azərbaycan kimi qonşu ölkələrdən aviasiya yanacağını idxal etməyi düşünürük”.

Akkenjenov əlavə edib ki, uzaq ölkələrdən də tədarüklər nəzərdən keçirilir.




Teqlər:



Xəbər lenti