Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov zavodun modernizasiya və yenidənqurma layihəsi üzrə görülən işlərdən, "SOCAR Türkiyə"nin texniki servis üzrə vitse-prezidenti Ergün Binboğa isə SOCAR-ın qardaş ölkədəki emal və neft-kimya biznes bölməsinin fəaliyyətindən bəhs ediblər.
SOCAR-ın Emal və neft-kimyası biznesinin idarə edilməsi Departamentinin rəisi Orxan Əliyev təqdimatında SOCAR tərəfindən “Italiana Petroli” şirkətinin səhmlərinin “API Holding”dən alınması, eləcə də şirkətin İtaliyadakı fəaliyyətinin perspektivləri barədə danışıb.
Sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Daha sonra jurnalistlər üçün zavod ərazisinə sahə turu təşkil olunub.
Sonda xatirə fotosu çəkdirilib.







Vaxtında, Aydın, Lazımlı!


