"Müharibənin bitdiyini demək hələ tezdir" - Makron

"Müharibənin bitdiyini demək hələ tezdir" -    Makron
  19 İyun 2026    Oxunub:261
Fransa Prezidenti Emmanuel Makron ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunu müsbət qiymətləndirsə də, Yaxın Şərqdə müharibənin tam başa çatdığını söyləməyin hələ tez olduğunu bildirib.
O, “France 2” telekanalına müsahibəsində deyib ki, eskalasiya riski mövcud olduğu vaxtlarda mübarizə aparmaqdansa, razılığa gəlmək daha yaxşıdır. Bununla belə, münaqişənin tamamilə başa çatdığını demək üçün hələ əsas yoxdur.

"İran nüvə silahına sahib olmamalı və ballistik raket potensialını inkişaf etdirməməlidir",- deyən Fransa prezidenti, həmçinin əldə olunan razılaşmanın regionda yeni siyasi mərhələnin başlanğıcı üçün şərait yarada biləcəyini istina etməyib.


Teqlər: Makron   İran  



Xəbər lenti