Vens danışıqlara niyə getmədi? │Versiya

Vens danışıqlara niyə getmədi?    │Versiya
  19 İyun 2026    Oxunub:173
ABŞ Vitse-prezidenti Cey. Di. Vens bu günə gözlənilən ABŞ-İran danışıqları üçün İsveçrəyə planlaşdırılan səfərini təxirə salıb. Ağ Ev planların dəyişdirilməsinin səbəbinin logistika olduğunu bildirib.
"Vitse-prezident hələ ki yola düşmür. Texniki danışıqlara mümkün qədər tez başlamağı səbirsizliklə gözləyirik”,- deyə məlumatda vurğulanır.

“Axios” portalının versiyasına, görə Vensin ABŞ və İran arasında anlaşma memorandumunun imzalanma mərasimində iştirak etmək üçün İsveçrəyə planlaşdırılan səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqədar ola bilər. Məlumata əsasən, Tehran İsrailin Livana qarşı hər hansı yeni hərbi əməliyyatını ABŞ ilə əldə olunmuş memorandumun pozulması kimi qiymətləndirəcəyini bildirib.

Vensin nümayəndəsi daha əvvəl bildirmişdi ki, Vitse-prezident yaxın günlərdə İsveçrəyə səfər etməyi planlaşdırmır. Səfər çərçivəsində memorandumun imzalanması və ABŞ-İran arasında texniki danışıqların başlanması nəzərdə tutulurdu.


Teqlər: ABŞ   İran  



Xəbər lenti