Özbəkistan iqtisadiyyatı böyüyür

Özbəkistan iqtisadiyyatı böyüyür
  22 İyun 2026    Oxunub:231
Ötən il Özbəkistanda ümumi daxili məhsulun (ÜDM) istehsalı 7,4 faiz artıb. Bu il isə 6,8 faiz artacağı gözlənilir.
Özbəkistan Azərbaycanın nəqliyyat və tranzit infrastrukturundan istifadə edərək Avropa bazarlarına çıxa bilir ki, bu da ölkənin ticarət dövriyyəsinin həcmini artırır.

Son illər iki ölkə arasındakı birgə iqtisadi layihələrin həcmi 30 faiz artıb. Hər iki ölkə 2030-cu ilə kimi ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmağı planlaşdırıb. Qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini artıran daha bir addım da 10 milyard dollar həcmində qarşılıqlı investisiya fondunun yaradılmasıdır.

Dövlətlər arasında yaxınlaşmanın əsasında hər iki ölkənin mədəni, dini və qohumluq əlaqələri dayanır. Mütəmadi olaraq birgə biznes-forumların, hökumətlərarası komissiyanın iclaslarının keçirilməsi və gündəlikdə duran məsələlərin təhlili perspektivdə iqtisadi münasibətlərin vahid sistemə inteqrasiya olunacağını deməyə əsas verir.

2023-cü ildə yaradılan və nizamnamə kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti simvolik olaraq iki ölkənin dostluğunu nümayiş etdirmək üçün deyil, real layihələrin həyata keçirilməsi üçün yaradılıb. Bu gün şirkət yüksək texnologiyaların, emal sənayesinin inkişafına, ixrac potensialının artırılmasına sərmayə yatırır. Şirkət inzibati orqan kimi deyil, sərmayədar kimi fəaliyyət göstərir. Bu gün üçün şirkətin investisiya portfelinin həcmi 144 milyon dollar təşkil edir ki, bu rəqəm də şirkətin aktiv fəaliyyətini göstərir.

Azərbaycan ilə Özbəkistanın birgə investisiya şirkəti yaratmaq təcrübəsi bir nümunə kimi yaxın iqtisadi əlaqələr qurmaq istəyən dövlətlər tərəfindən istifadə oluna bilər və bu, iqtisadi uğurlar qazandırmaq imkanına malikdir.


Teqlər: Özbəkistan  



Xəbər lenti