Pentaqon Ukraynanın süni intellektli dron sürülərini alır
Azvision.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, hərbi-texnoloji sahədə tərəfdaşlığın genişləndirilməsi məqsədilə ABŞ-nin “Powerus” şirkəti ilə Ukraynanın “Swarmer” startapı arasında rəsmi əməkdaşlığa start verilib. Birgə fəaliyyətin əsas hədəfi Pentaqon üçün ucuz və yüksək effektivliyə malik FPV zərbə dronlarının istehsal həcmini qısa müddətdə artırmaqdır.
Ekspertlər qeyd edirlər ki, süni intellekt platformalarının tətbiqi pilotsuz uçuş aparatlarının (PUA) döyüş şəraitində daha koordinasiyalı və müstəqil şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq. Bu layihə Pentaqonun müasir münaqişələrin təcrübəsinə əsaslanaraq öz arsenalını optimallaşdırmaq strategiyasının mühüm tərkib hissəsi hesab olunur.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


