Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü ötdü

Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü ötdü
  27 İyun 2026    Oxunub:133
Venesueladakı zəlzələlərdə ölənlərin sayı 1400-ü keçib
Bu barədə məlumat Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriqesin bəyanatında yer alıb.

Bəyanatında daha 3238 nəfərin yaralandığı bildirilir.

İyunun 24-də baş verən zəlzələdə 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Onların episentrləri Yaracuy ştatında bir-birindən 10 kilometr aralıda olub. Zəlzələdən sonra 214 afterşok qeydə alınıb.



Teqlər:



Xəbər lenti