"Azəriqaz” İB-nin baş direktoru Qobustan rayonunda vətəndaş qəbulu keçirib

"Azəriqaz” İB-nin baş direktoru Qobustan rayonunda vətəndaş qəbulu keçirib
  03 İyul 2026    Oxunub:251
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Qobustan rayonunda vətəndaşları qəbul edib. Görüşdə Qobustan rayonu ilə yanaşı, Şamaxı, İsmayıllı və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Bu barədə AzVision.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Müraciətlər əsasən yeni yaşayış massivlərinin, fərdi yaşayış evlərinin qazlaşdırılması, qapı keçidlərinin quraşdırılması və işə qəbulla bağlı olub.
Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.
Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Qalereya




Teqlər:



Xəbər lenti