Türkiyə və ABŞ nümayəndə heyətləri görüşdü

Türkiyə və ABŞ nümayəndə heyətləri görüşdü
  07 İyul 2026    Oxunub:179
Türkiyə və ABŞ prezidentlərinin rəhbərliyi altında nümayəndə heyətlərinin görüşü keçirilir.
Mətbuata qapalı keçirilən görüşdə Xarici İşlər Naziri Hakan Fidan, Xəzinədarlıq və Maliyyə Naziri Mehmet Şimşek, Milli Müdafiə Naziri Yaşar Güler, AK Partiyasının sədr müavini və partiya sözçüsü Ömər Çelik, Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya Direktoru Burhanəddin Duran, Prezident Aparatının rəhbəri Həsən Doğan, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç və Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal iştirak edir.

Müzakirələr zamanı Türkiyə-ABŞ münasibətlərinin vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional və beynəlxalq gündəmdə yer alan məsələlərin müzakirəsi gözlənilir.



Teqlər:



Xəbər lenti