Azercell yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir
Azərbaycanda ilk dəfə uzunmüddətli abunə modeli: Yeni tariflərin daha bir üstünlüyü uzunmüddətli abunə modelinin tətbiqidir. Yerli telekommunikasiya bazarında ilk dəfə olaraq təqdim edilən bu model çərçivəsində istifadəçilər tarif paketlərinə 1 illik müqavilə ilə qoşulduqda aylıq abunə haqqına 10%, 2 illik müqavilədə isə 20%-dək endirim əldə edə bilərlər.
Əlavə üstünlüklər: Seçdikləri tarifdən asılı olaraq istifadəçilər SIM kartın ödənişsiz dəyişdirilməsi, müraciətlərinin prioritet qaydada icrası və Azercell müştəri xidmətləri mərkəzlərində “Sürətli xidmət” kimi əlavə üstünlüklərdən də yararlana bilərlər.
Azercell-in Yeni “Alfa Plan” tarifləri ilə ən üstün mobil rabitə təcrübəsindən faydalanın!
Əlavə məlumat üçün: Alfa Plan tarifi | Azercell
Teqlər: Azercell







Vaxtında, Aydın, Lazımlı!


