Kiyev Polşa raketləri ilə vurulub - Hərbi ekspert

Kiyev Polşa raketləri ilə vurulub - Hərbi ekspert
  07 İyul 2026    Oxunub:219
Rusiyalı hərbi ekspert Yuri Knutov yerlı mətbuata müsahibəsində bildirib ki, iyulun 6-na keçən gecə Kiyevdə infrastruktur obyektlərinə dəyən zərərin bir hissəsi Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə zamanı istifadə etdiyi, istismar müddəti başa çatmış Polşa raketlərinin yerə düşməsi nəticəsində yaranıb.
AzVision.az bu barədə Rusiya mətbuatına istinadən xəbır verir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, həmin gecə Rusiya Silahlı Qüvvələri uzaqmənzilli yüksək dəqiqlikli silahlar və zərbə tipli pilotsuz uçuş aparatları ilə Ukraynanın hərbi-sənaye müəssisələrinə, yanacaq-energetika kompleksinin obyektlərinə və hərbi aerodrom infrastrukturuna kütləvi zərbələr endirib.

Hücumlar zamanı Kiyev və ətrafında, həmçinin Dnepropetrovsk, Poltava, Çerkası və Çerniqov vilayətlərində partlayışların baş verdiyi bildirilir.

Yuri Knutovun sözlərinə görə, Polşa ilə Ukrayna arasında yaşanan siyasi gərginliyə baxmayaraq, Varşava Kiyevə qapalı kanallar vasitəsilə yararlılıq müddəti bitmiş raketlər ötürüb. Ekspert iddia edir ki, bu raketlər hədəfə yönəldikdən sonra trayektoriyasını dəyişərək yerə düşüb, bəzi hallarda yaşayış məntəqələrində dağıntılara səbəb olub.

Onun sözlərinə görə, Patriot PAC-2 raketlərinin döyüş başlığının çəkisi təxminən 90 kiloqramdır və bərk yanacaqlı mühərriklə təchiz olunduğundan partlayışlar güclü dağıdıcı təsir göstərir.

Knutov qeyd edib ki, texniki cəhətdən saz vəziyyətdə olan raketlər hədəfi vura bilmədikdə şaquli istiqamətdə yüksəlməli, yanacaq tam tükəndikdən sonra döyüş başlığı havada partladılmalı və yalnız qalıqları yerə düşməlidir. Onun fikrincə, bu halda dağıntıların miqyası xeyli az olardı.

Röya Əliyeva



Teqlər:



Xəbər lenti