Donald Tramp: “İranla atəşkəs başa çatıb”

   Donald Tramp: “İranla    atəşkəs başa çatıb”
  08 İyul 2026    Oxunub:163
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasındakı atəşkəs rejiminin qüvvədən düşdüyünü bəyan edib.
Ankarada NATO-nun Baş katibi Mark Rütte ilə keçirdiyi görüşdə çıxış edən Tramp İran rəhbərliyinə qarşı olduqca sərt və qeyri-diplomatik ifadələr işlədib.
“Hesab edirəm ki, atəşkəs rejimi başa çatıb. Həqiqəti bilmək istəyirsinizsə, onlar (iranlılar) sadəcə bir qrup rəzildir. Onlar rəzil bir kütlədir... Mənim onlardan xoşum gəlmir. Bunlar şər insanlardır”,- Tramp deyib.

Tramp ABŞ-nin İranla danışıqlar aparmaqla əbəs yerə vaxt itirdiyini qeyd edib. O, rəsmi Vaşinqtonun mənasız diplomatiya cəhdlərini davam ettirmək əvəzinə, "öz işi ilə məşğul olmaq" istədiyini ifadə edib.

ABŞ Prezidenti İrandakı mövcud rejimi təhlükəli bir xəstəliyə bənzədərək, hərbi əməliyyatların anonsunu verib: “Biz onların bu xərçəng şişindən, bu bəlasından xilas olmalıyıq. Bilirsiniz, belə hallarda nə edirlər? Xərçəng şişini hələ ilkin mərhələdə ikən kəsib atmaq lazımdır. Mənim də mövqeyim məhz bu cürdür”.

Tariyel
AzVision.az


Teqlər: ABŞ   İran   Tramp  



Xəbər lenti