Bu vitaminin çatışmazlığı yüksək təzyiq yaradırmış - Endokrinoloqdan AÇIQLAMA

Bu vitaminin çatışmazlığı yüksək təzyiq yaradırmış - Endokrinoloqdan  AÇIQLAMA
  09 İyul 2026    Oxunub:209
Arterial təzyiqin mütəmadi olaraq yüksəlib-enməsi və nəbzin sürətlənməsi orqanizmdə D vitamini çatışmazlığının əlaməti ola bilər.
Bu barədə endokrinoloq Şəhla Verdiyeva AzVision.az-a müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, belə hallar lipid mübadiləsinin pozulması və D vitamininin damar tonusuna birbaşa təsiri ilə əlaqədardır.

Verdiyeva qeyd edib ki, elmi tədqiqatlar D vitamini çatışmazlığı ilə ürək-damar xəstəlikləri və arterial hipertenziya riskinin artması arasında əlaqənin olduğunu təsdiqləyir.

Həkim əlavə edib ki, tibbi müşahidələrə əsasən, ürəkdöyünmədən şikayət edən pasiyentlər arasında D vitamini səviyyəsi aşağı olan şəxslərə daha tez-tez rast gəlinir.


Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti