Zelenski orduda islahat aparıb

   Zelenski orduda islahat aparıb
  11 İyul 2026    Oxunub:179
“Bu gün mən Silahlı Qüvvələrin tərkibində xüsusi komandanlığın —Rusiyaya uzaqmənzilli zərbələr endirməklə, faktiki olaraq qlobal təsir göstərəcək komandanlığın yaradılması haqqında fərman imzaladım”. Bu sözləri xalqa videomüraciətində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, yeni komandanlıq Rusiyanın hərbi potensialını daha da əhəmiyyətli dərəcədə azaltmaq üçün mövcud resurslardan tam istifadə edəcək.

Prezident həmçinin Ukrayna Ordusunda Birgə Çevik Reaksiya Qüvvələrinin yaradıldığını elan edib. Bu qurum cəbhədə maksimum operativ reaksiya vermək üçün hücum qoşunlarının döyüş qabiliyyətini, PUA və artilleriya hissələrini və digər vasitələri özündə birləşdirəcək.

Zelenskinin sözlərinə görə, bu qüvvələrə Ukraynanın Milli Qəhrəmanı, Desant-Hücum Qoşunlarının 8-ci korpusunun komandiri Voloşin rəhbərlik edəcək.

Həmçinin, Zelenski videomüraciətində sülhün əldə olunması məsələsində Ukraynanın Putinin ətrafındakı şəxslərlə təmaslar saxladığını bildirib.

Tariyel
AzVision.az


Teqlər: Ukrayna   Zelenski  



Xəbər lenti