Paşinyan Konstitusiya ilə bağlı söz verdi

Paşinyan Konstitusiya ilə bağlı söz verdi
  09 İyul 2026    Oxunub:199
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiya layihəsinin bu ilin sonunadək dərc olunacağını vəd edib.
O, jurnalistlərə müsahibəsində bildirib ki, “Konkret vaxtı deməyəcəyəm, amma ilin sonuna qədər biz konstitusiya layihəsini dərc edəcəyik”.

Paşinyan, həmçinin qeyd edib ki, ilin əvvəlində növbəti parlament seçkilərinin keçirilməsi səbəbindən yeni sənəd üzrə müzakirələri lazımi şəraitdə təşkil etmək üçün layihə ictimaiyyətə açıqlanmayıb və Ermənistanın yeni əsas qanunu layihəsinin dərc olunması tarixinin ertələnməsi qərara alınıb.


Teqlər: Ermənistan  



Xəbər lenti