Azərbaycanda "yaşıl enerji" istehsalı artıb
Altı ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 31,2 milyon kilovat-saat, külək elektrik stansiyalarında 454,7 milyon kilovat-saat artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 463,1 milyon kilovat-saat və ya 19,9 faiz artımla 2 milyard 793,7 milyon kilovat-saat təşkil edib.
Yanvar-iyun ayları üzrə elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 11 milyard 479,5 milyon kilovat-saat (İES-lərdə 9 milyard 568,9 milyon kilovat-saat, SES-lərdə 1 milyard 883,2 milyon kilovat-saat, GES-lərdə 27,4 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 895,1 milyon kilovat-saat olub.
Teqlər: Energetika







Vaxtında, Aydın, Lazımlı!


