Sentyabrda Bakıda II İnvestisiya Forumu keçiriləcək

Sentyabrda Bakıda II İnvestisiya Forumu keçiriləcək
  22 May 2026    Oxunub:2645
Cari ilin sentyabrın 25-26-da Bakıda II Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Tacikistanın biznes strukturlarının təmsilçiləri, iş adamları və fərdi sahibkarlar bu forumda iştirak edə bilərlər.
Bu sözləri İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes-forumda çıxışı zamanı deyib.

- Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Özbəkistanda fəaliyyət göstərir. Həmin nümayəndəlik Tacikistanla iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün yeni imkanlar açır. AZPROMO-nun fəaliyyətinin digər istiqaməti, vahid pəncərə prinsipi ilə fəaliyyət göstərərək xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsi ilə məşğul olmaq və layihənin həyata keçirilməsinin bütün mərhələlərində investorlara tam müşayiət təmin etməkdir,- icraçı direktor vurğulayıb.


Teqlər: İnvestisiya  



Xəbər lenti