Məğlubiyyətlə barışa bilmədilər - Argentina qarışdı

Məğlubiyyətlə barışa bilmədilər -    Argentina qarışdı
  20 İyul 2026    Oxunub:785
Argentinanın paytaxtı Buenos-Ayresdə ölkə yığmasının futbol üzrə 2026-cı il dünya çempionatının finalında məğlub olmasından sonra iğtişaşlar baş verib.
AzVision.az xəbər verir ki, matç bitəndən sonra minlərlə azarkeş milli komandaya dəstəyini ifadə etmək üçün şəhər mərkəzinə toplaşıb. Aksiya əvvəlcə dinc şəkildə keçsə də, sonradan bir qrup şəxs polis əməkdaşlarına daş və şüşə butulkalar atmağa başlayıb.

Toqquşmalar nəticəsində 7 polis əməkdaşı xəsarət alıb. Məlumata görə, hüquq-mühafizə orqanları aqressiv davranan iğtişaş iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Hadisələrlə əlaqədar azı 15 nəfər saxlanılıb.


M. Həsənli


Teqlər:






Xəbər lenti