Tarantino qayıdır

   Tarantino qayıdır
  22 May 2026    Oxunub:2921
Dövrün ən məşhur rejissorlarından olan Kventin Tarantino 2019-cu ildə çəkdiyi “Günlərin birində Hollivudda” (Once Upon a Time… in Hollywood) filmindən sonra kinodan uzaqlaşmışdı. Nəhayət, 7 ildən sonra ssenari müəllifi kimi geri qayıdır.
Bu ilin noyabrında Kliff But un macəraları” (“The Adventures of Cliff Booth”) filmi ekranlara çıxacaq. Kliff But – aktyor Bred Pittin “Günlərin birində Hollivuda” canlandırdığı obrazın adıdır. “Netflix”in maliyyələşdirdiyi film dekabr ayının 23-dən platformada da yayımlanacaq.

Tarantinonun yazdığı ssenarinin əsasında filmi digər məşhur rejissor Devid Finçer (“Zodiak”, “Sosial şəbəkə”) çəkəcək.

Sikveldə hadisələr orijinal filmdəkindən 8 il sonra, yəni 1977-ci ildə Hollivudda cərəyan edəcək. İkinci filmdə Leonardo di Kaprionun iştirakı gözlənilmir.

Samir Quliyev
AzVision.az


Teqlər: Kino   Tarantino  



Xəbər lenti