Küveyt uçuşları dayandırdı

 Küveyt uçuşları dayandırdı
  03 İyun 2026    Oxunub:537
İranın pilotsuz uçuş aparatları və raketləri Küveyt Beynəlxalq Hava Limanının T1 terminalını hədəfə alıb.
Küveytin Mülki Aviasiya Baş İdarəsi hücum nəticəsində xəsarət alanların olduğunu və terminal binasına ciddi ziyan dəydiyini bildirib. Bütün uçuşlar müvəqqəti dayandırılıb və alternativ hava limanlarına yönləndirilib.

Reuters-in məlumatına görə, hadisə İran və ABŞ arasında son günlər artan hərbi gərginlik fonunda baş verib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Küveyt və Bəhreyn istiqamətində atılan bəzi İran raketlərinin hədəflərinə çatmadığını və ya havada zərərsizləşdirildiyini açıqlayıb.

Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti