Ukraynada azərbaycanlı meri bıçaqlayan şəxs saxlanılıb
- Həmyerlimizə baş çəkdik. Hazırda Hilal İsayev reanimasiyada müalicə alır. Ağır bışaq xəsarətləri yetirildiyindən müalicəsi hələlik reanimasiyada davam etdirilir, - deyə Eldar Tağıyev "Azərtac"a bildirib.
Faktla bağlı cinayət işi qaldırılıb.
Qeyd edək ki, Hilal İsayev Lerik rayonunun Livədirqə kəndində anadan olub, Dnepr Dövlət Aqrar-İqtisad Universitetini bitirib. O, “Kaspiy” özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib, 2015-ci ildə isə “Batkivşina” partiyasından Dnepropetrovsk vilayət şurasının deputatı seçilib. 2019-cu ildə Hilal İsayev eyni partiyadan 9-cu çağırış Ali Radaya namizədliyini irəli sürsə də, seçilməyib. 2020-ci ildən Pyatixatki şəhərinin meri vəzifəsini tutur.
Teqlər: Kriminal







Vaxtında, Aydın, Lazımlı!


