WUF13 günlərində 52 nəfərə tibbi xidmət göstərilib - TƏBİB
Məlumat üçün bildirək ki, tədbir günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə yanaşı, tibbi xidmətlərin təşkili məqsədilə 4 tibb müəssisəsi də prosesə cəlb olunub.
Tədbir günlərində, əsasən, Azərbaycan, Keniya, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan, Namibiya, Efiopiya, Serbiya, Zimbabve, Bosniya və Herseqovina kimi ölkələrin vətəndaşlarının müraciətləri qeydə alınıb.
Müraciətlər, əsasən, kəskin respirator xəstəliklər, baş ağrısı və arterial hipertenziya ilə bağlı olub.
Xatırladaq ki, tədbirlə əlaqədar müxtəlif ərazilər üzrə 37 təcili tibbi yardım avtomobili ayrılıb, ümumilikdə 93 təcili tibbi yardım briqadası isə tədbirin keçirildiyi ərazilərdə və ayrılmış hotellərdə gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərib.
Qeyd edək ki, tədbirin keçirildiyi günlərdə Baş Əməliyyatlar Mərkəzində TƏBİB əməkdaşları tərəfindən təcili tibbi yardım briqadalarının fəaliyyəti fasiləsiz rejimdə koordinasiya olunub.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


