ABŞ süni intellekt sahəsində Azərbaycana dəstək verəcək
Kaleb Orr edib ki, süni intellekt yeni iqtisadi imkanlar yaradacaq əsas istiqamətlərdən biridir: “Süni intellektin görünməmiş rifah yaratmaq potensialını nəzərə alaraq, Azərbaycanın rəqəmsal infrastrukturunun yenilənməsi və təhlükəsizliyinin gücləndirilməsi üçün süni intellekt texnologiyalarının daha geniş tətbiqi istiqamətində yol xəritəsini müəyyən etdik”.
Kaleb Orr əlavə edib ki, tərəflər enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və kritik minerallar üzrə çərçivə sazişinin icrası məsələlərini də diqqət mərkəzində saxlayırlar. “Mən bugünkü dialoq zamanı təqdim olunan layihə və planların həyata keçəcəyini və ikitərəfli iqtisadi münasibətlərimizi daha da gücləndirəcəyini səbirsizliklə gözləyirəm”, – deyə o bildirib.
Teqlər: ABŞ







Vaxtında, Aydın, Lazımlı!


