Səkkizbucaqlı yumruq

// Çin nüvə gücünü ciddi şəkildə artırır

   Səkkizbucaqlı yumruq
  02 İyun 2026    Oxunub:795
Çin Sintzsyan rayonundakı səhralıqda qitələrarası ballistik raket şaxtalarının yaxınlığında buraxılış meydançaları və kommunikasiya obyektləri tikməyə başlayıb.
Kosmosdan çəkilən şəkillərdə Pekinin artıq Hami nüvə obyekti yerləşən ərazidə 80 buraxılış meydançası və 3 böyük səkkizguşəli kompleks inşa etdiyi qeydə alınıb. Analitiklərin fikrincə, infrastrukturdan mobil raket qurğularının və HHM sistemlərinin, radioelektron mübarizə və peyk rabitəsi vasitələrinin yerləşməsi üçün istifadə oluna bilər.


Vəziyyəti “Reuters” agentliyinə şərh edən ekspertlər bildiriblər ki, yeni infrastruktur ABŞ tərəfindən mümkün hücum halında Çinin nüvə cavabı vermək imkanlarını artırmaq məqsədi daşıyır. Tikintinin miqyası Çinin nüvə arsenalını əhəmiyyətli şəkildə genişləndirməsindən xəbər verir.


Mütəxəssislərin fikrincə, Çin 2030-cu ilə qədər nüvə başlıqlarının sayını 1000-ə çatdıra bilər.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Çin   Nüvə  



Xəbər lenti