“Sea Breeze” və “Bakı Ağ Şəhər” əməkdaşlıq edəcəklər - Emin Ağalarov
“İlk növbədə bu, çox uyğun bir platformadır, çünki iki ən böyük layihə səylərini birləşdirir və biz hər iki layihəni daha asan inkişaf etdirə biləcəyik. Amma bu rəqabət deyil, çünki konsepsiyalarımız fərqlidir və biz bir-birimizdən təxminən 20 kilometr məsafədə yerləşirik”, - deyə E.Ağalarov bildirib.
Onun sözlərinə görə, əməkdaşlıq ideyası “Bakı Ağ Şəhər”in rəhbəri Ruslan Əliyevlə uzun müddətdir müzakirə olunurdu. “Bakı Ağ Şəhər”in təcrübəsi “Sea Breeze” layihəsinə, “Sea Breeze”in yanaşmaları isə “Bakı Ağ Şəhər”ə uğurla tətbiq oluna bilər.
Emin Ağalarov, həmçinin xarici investisiyaların cəlbi məsələsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, hər iki struktur layihələrin tanıdılması və beynəlxalq investorların cəlbi istiqamətində böyük iş görülüb. “Əgər investor “Sea Breeze”ə daxil olub orada layihə həyata keçirirsə, biz ona ““Bakı Ağ Şəhər”də daha şəhər formatlı digər imkanlar da aça bilərik. Eyni şəkildə bunu əks istiqamətdə də etmək mümkündür”, - deyə o bildirib.
Gələcək addımlardan danışan E.Ağalarov yaxın vaxtlarda yeni layihənin elan ediləcəyini də qeyd edib: “Yeni kompleksin tikintisi elan olunacaq və bu layihəni birbaşa “Bakı Ağ Şəhər” komandası “Sea Breeze” ərazisində bizim dəstəyimizlə həyata keçirəcək. Biz isə öz növbəmizdə ““Bakı Ağ Şəhər”in master-planına inteqrasiya oluna biləcək layihə üzərində düşünürük”, - deyə Emin Ağalarov əlavə edib.
Teqlər: Emin-Ağalarov Ağ-Şəhər See-Breeze







Vaxtında, Aydın, Lazımlı!


