KOSMİK Akademiya mükafat aldı
KOSMİK Akademiyanın mükafata layiq görülməsi onun beynəlxalq miqyasda inklüziv kosmik təhsil ekosistemi qurması, gənclərin, qadınların və müxtəlif regionlardan olan iştirakçıların kosmos sahəsinə inteqrasiyasını gücləndirməsi və Azərbaycanı qlobal kosmik təhsil və innovasiya mərkəzi kimi mövqeləndirməsinin nəticəsidir.
Tarixi perspektivdə, “3G+” mükafatının konsepti müxtəlifliyə çoxölçülü yanaşmanı əks etdirir: nəsillər, gender, coğrafi təmsilçilik, həmçinin mədəni, etnik və fənni inklüzivlik. Mükafat alan təşəbbüslər göstərir ki, müxtəliflik kosmik innovasiya və liderliyin əsas strateji göstəricisidir. Məsələn:
• “NASA”nın Reaktiv Hərəkət Laboratoriyası (JPL) - müxtəlif baxış bucaqlarını qabaqcıl elmi nailiyyətlərlə əlaqələndirdi.
• Avropa Kosmik Agentliyi (ESA) - inklüzivliyi idarəetmə və əməkdaşlığın təməli kimi institutlaşdırdı.
• Məhəmməd Bin Rəşid Kosmik Tədqiqatlar Mərkəzi (MBRSC) - Birləşmiş Ərəb Əmirliklərinin regional kosmik innovasiya mərkəzi kimi inkişafını sürətləndirdi.
• Kosmik Nəsil Məşvərət Şurası (SGAC) - müxtəlif ölkələrdən gənc mütəxəssislərə beynəlxalq kosmik siyasəti formalaşdırmaq imkanı verdi.
• Karman Layihəsi (Karman Project) - müxtəlifliyi qlobal etimad və əməkdaşlıq şəbəkələrinin qurulmasında istifadə etdi.
• “Women in Aerospace Europe” - güclü liderlik təmsilçiliyi və Avropa üzrə peşəkar ekosistemlərin inkişafını təmin etdi.
Beynəlxalq Astronavtika Federasiyasının “3G+ Müxtəliflik Mükafatı” yalnız nailiyyətlərin tanınması deyil, həm də qlobal kosmik icmada müxtəliflik və inklüzivliyin ən yaxşı təcrübələrini təşviq edən bir platformadır. Bu uğur KOSMİK Akademiyanın “3G+” müxtəliflik modeli əsasında qurulmuş yanaşmasının beynəlxalq səviyyədə qəbul edildiyini təsdiq edir və Azərbaycanı qlobal kosmik arenada inklüzivlik və innovasiya sahəsində aparıcı mövqeyə çıxarır.
Qeyd edək ki, mükafatı təşkil edən Beynəlxalq Astronavtyika Federasiyası 82 ölkədən olan 604 təşkilatı özündə birləşdirən təşkilatdır.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


