|
| “Azercell Könüllüləri” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib |
2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi Azercell Telekom, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. 2022-ci ildən başlayaraq qızlardan ibarət milli olimpiada komandası da şirkətin dəstəyi ilə xüsusi hazırlıq proqramlarına qatılır.
Hazırlıq proqramları çərçivəsində məktəblilərin nəzəri və praktiki biliklərinin inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, onların beynəlxalq yarışlarda iştirakının təşviqi və gələcək İT mütəxəssisləri kimi formalaşmasına dəstək göstərilir. Bu təşəbbüs Azərbaycanın beynəlxalq elm və texnologiya platformalarında uğurla təmsil olunmasına da mühüm töhfə verir.







Vaxtında, Aydın, Lazımlı!


