"Elektrik TANAP-i"na maraq artır - Alparslan Bayraktar

"Elektrik TANAP-i"na maraq artır -    Alparslan Bayraktar
  24 May 2026    Oxunub:2205
"Ötən ilin aprel ayında Bakıda Anlaşma Memorandumu imzalanan “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinə getdikcə daha çox Avropa ölkəsi maraq göstərir".
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycandan Bolqarıstana gedən marşrut boyunca təmiz, “yaşıl” enerji axınını “elektrik TANAP”ı adlandırıb. “Azərbaycanda bərpaolunan enerji sayəsində istehsal olunan elektrik enerjisi Türkiyə vasitəsilə Avropaya tədarük ediləcək. Bu təşəbbüs çərçivəsində biz texniki-iqtisadi əsaslandırmanın (TİƏ) vacib mərhələsinə qədəm qoymuşuq. Ümid edirəm ki, tezliklə hökumətlərarası razılaşmaya nail ola biləcəyik”, - deyə nazir bildirib.

Alparslan Bayraktar Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) qaz kəməri çəkmək planlarını açıqlayıb. Bildirib ki, 97 kilometrlik boru kəmərinin Türkiyənin Alanya əyalətinin sahillərindən adaya çəkilməsi planlaşdırılır.

“Texniki-iqtisadi əsaslandırmanın bu ilə qədər hazır olması gözlənilir, layihənin isə 2028-ci ildə həyata keçirilməsi planlaşdırılır”, - deyə A.Bayraktar əlavə edib.

Türkiyəli nazirin sözlərinə görə, yeni qaz kəməri iki vacib funksiyanı - Şimali Kipr Türk Cümhuriyyətinin mavi yanacaq ehtiyaclarının ödənilməsi və Şərqi Aralıq dənizində yataqların aşkar edildiyi halda, Türkiyə vasitəsilə Avropaya qazın ixrac edilməsini yerinə yetirəcək: “Yəni, bu boru kəmərini əks istiqamətdə də istifadə etmək mümkün olacaq”.


Teqlər: Energetika  



Xəbər lenti