Paşinyan revanşistlərə: "Gedin, Qarabağda ölün!" │ VİDEO
- Ey, siz! Fərarilər! Ümumiyyətlə, sizin burada nə işiniz var?!
- Qaçanda “Ferrari” sürəti ilə qaçırdılar, indi isə gəlib burada barmaq silkələyirlər... Qarabağ presvdoelitası, itilin buradan cəhənnəmə, eşidirsinizmi?!
- Siz axı kimsiniz e?! Səngərləri də belə qorumuzunuz! Gərək siz də bizim uşaqlarımızla birlikdə öləydiniz!
- Bir halda ki, Qarabağ məsələsi sizə belə maraqlıdır, gedin orada ölün!
- Əgər 5000 nəfərin öldüyündən danışırsansa, özün niyə sağsan?! Murdar! Özün niyə sağsan, hə?! Qəhrəmanyan niyə sağdır? Deputatlarınız niyə sağdırlar? Niyə o 5000 nəfər ölənin arasında deyillər?
- Mən Qarabağ psevdoelitasını köklü-köməcli çıxarıb atacağam!
- Döyüşmək mümkün olan günlərdə niyə gedib döyüşmədiniz? Ey fərarilər, indi gəlib burada barmaq silkələmək lazım deyil!
Tariyel Həsənov
AzVision.az
Teqlər: Ermənistan Paşinyan







Vaxtında, Aydın, Lazımlı!


