"Yaradıcı icmalar şəhərçiliyin əsasını təşkil edir" - Deniz Bax

"Yaradıcı icmalar şəhərçiliyin əsasını təşkil edir" -    Deniz Bax
  19 May 2026    Oxunub:1876
"Yaradıcı icmalar gələcək şəhər və şəhərçiliyin əsasını təşkil edir. Məhz bu icmalar gələcək şəhərlərdə baş verən dəyişikliyə dayanıqlılıq nümayiş etdirməlidir".
Bunu UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin (UCCN) katibi Deniz Bax BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi və dayanıqlı şəhər inkişafı” adlı panel sessiyada deyib.

" "Biz bu mənada Azərbaycanda şəhərlərin planlaşdırılması, yerli iqtisadiyyatın gücləndirilməsi baxımından yüksək təcrübənin olduğunu görürük. Bizim məqsədimiz bu kimi təcrübələri bir yerə yığmaq, təcrübə mübadiləsi aparmaq və vahid BMT yanaşması sərgiləməkdir”. "


Teqlər: WUF13  



Xəbər lenti