"Şəhər insanları xoşbəxt və rahat etməlidir" - Haluk Lvent

"Şəhər insanları xoşbəxt və rahat etməlidir" -    Haluk Lvent
  18 May 2026    Oxunub:2576
Türkiyənin məşhur müğənnisi Haluk Levent Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində konsert proqramı ilə çıxış edib. Sənətçi çıxışı zamanı dayanıqlı şəhərlərin əhəmiyyətindən də danışıb.
- Güvənli və gözəl şəhərlərin bir gün fəlakətlərlə üzləşə biləcəyini Türkiyədə Ahbap Dərnəyinin rəhbəri olaraq yaşadım, - deyə Haluk Levent bildirib. - Sağlam infrastruktur olmadan binalar tikilməməlidir, bu çox vacib məqamdır. Qanun və normativlərə uyğun tikililər şəhərlərin gözəlliyi, təhlükəsizliyi üçün çox vacibdir. Şəhərlər insanlara xoşbəxtlik və rahatlıq verməlidir, əgər belə deyilsə o şəhər ruhsuz və ölüdür. İnsanların nəfəs ala bildiyi, ətraf mühitin qorunduğu şəhərlər qurulmalıdır”.

Müğənni Kahramanmaraş zəlzələsi zamanı azərbaycanlıların yardımını da xatırladıb: "Azərbaycan xalqına çətin vaxtlarımızda bizə göstərdikləri dəstəyə görə təşəkkür edirik. Qardaş ölkə olduğumuzu hiss etdirdilər. Hazırda işlər davam edir. Dövlətin bütün qurumları orada çalışır. Hər kəs həmin şəhərləri yenidən dirçəltmək üçün səy göstərir. İnanıram ki, ən yaxın zamanda əvvəlki günlərə qayıdacağıq”.


Teqlər: WUF13  



Xəbər lenti