Avrasiya İqtisadi İttifaqından çıxmaq Ermənistana neçəyə başa gələcək?

Avrasiya İqtisadi İttifaqından çıxmaq Ermənistana neçəyə başa  gələcək?
  16 May 2026    Oxunub:2690
Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması respublikaya ən azı 5 milyard dollara başa gələ bilər ki, bu da ölkənin ÜDM-nin 15–20 %-nə bərabərdir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

O, həmçinin Rusiyanın Ermənistana qazı güzəştli şərtlərlə ixrac etdiyini diqqətə çatdırıb. Volodinin sözlərinə görə, Rusiya Ermənistana 1 000 kubmetr qazı 177,5 dollara satır, halbuki Avropada bu göstərici 633 dollara çatır.

Dövlət Dumasının sədri əlavə edib ki, Ermənistan ixracının təxminən dörddə biri Rusiya bazarının payına düşür. Bununla belə, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması barədə müzakirələr fonunda iki ölkə arasında ticarət dövriyyəsi artıq 45,4 % azalıb.

M.Həsənli


Teqlər:



Xəbər lenti