Türk Sivilizasiyası Mərkəzinin təməli qoyuldu │ FOTOLAR

   Türk Sivilizasiyası Mərkəzinin təməli qoyuldu    │ FOTOLAR
  15 May 2026    Oxunub:3139
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlər mayın 15-də Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak ediblər.

Bildirilib ki, layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etməkdir.


Sonra “GovTech” rəqəmsal həllərin təqdimatı oldu. Qazaxıstanda süni intellektin inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə qonaqlara məlumat verildi. Eyni zamanda qeyd edildi ki, türk dövlətləri arasında, həmçinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.






Teqlər: Türk-dövlətləri  



Xəbər lenti