Bahar Muradova: “Azərbaycan ailə dəyərlərinin inkişafına ən çox diqqət yetirən ölkələrdəndir"

Bahar Muradova: “Azərbaycan ailə dəyərlərinin inkişafına ən çox diqqət yetirən ölkələrdəndir"
  15 May 2026    Oxunub:3669
Mayın 15-də Pirallahı Rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Pirallahı Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ailəmiz - ən güclü dəyərimiz” adlı tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ailə institutunun qorunması və dövlət siyasətinin prioritetləri barədə mühüm məqamlara toxunub.

Komitə sədri bildirib ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Ailə Gününün təsis edilməsi dünyada ailə dəyərlərini təhdid edən mənfi tendensiyalara qarşı beynəlxalq səyləri birləşdirmək məqsədi daşıyır. Onun sözlərinə görə, ailə quran cütlüklərin sayının azalması və demoqrafik proseslərdəki geriləmələr bu gün qlobal səviyyədə ciddi narahatlıq doğurur.

Azərbaycanın bu məsələdə çox məsuliyyətli mövqe nümayiş etdirdiyini vurğulayan Bahar Muradova deyib:

“Azərbaycan həm qanunvericilik bazası, həm də həyata keçirilən layihələr baxımından ailə dəyərlərinə və onun inkişafına ən çox diqqət yetirən ölkələrdən biridir. Xalqımızın ən güclü sütunu məhz onun ailə dəyərləridir. Təsadüfi deyil ki, bizim əsas şüarımız da elə "Ailəmiz – ən güclü dəyərimizdir" ifadəsidir.”

Çıxışda həmçinin ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində formalaşmış güclü hüquqi bazadan bəhs edilib. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan “Uşaq hüquqları haqqında” qanun illər ərzində təkmilləşdirilərək, uşaqların hüquqlarının reallaşdırılması üçün mükəmməl mexanizmlər yaradıb.
Bahar Muradova: "Hər bir ailədə ən azı üç uşaq böyüməlidir"


Sonda Bahar Muradova qeyd edib ki, ölkədə demoqrafik göstəricilər hələ ki stabil olsa da, mövcud qlobal meyillər rəsmi qurumların və yerli icmaların bu sahədə daha sıx əməkdaşlıq etməsini zəruri edir.



S.Həsənova



Teqlər:  



Xəbər lenti