Adilə Əliyeva: "Azərbaycan ailəsi hörmət və məsuliyyət üzərində qurulub"

Adilə Əliyeva: "Azərbaycan ailəsi hörmət və məsuliyyət üzərində qurulub"
  15 May 2026    Oxunub:3730
Ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, milli kimliyimizin və adət-ənənələrimizin daşıyıcısı kimi cəmiyyətimizin formalaşmasında mühüm rol oynayır. Azərbaycan ailəsi hər zaman qarşılıqlı hörmət, qayğı, fədakarlıq və məsuliyyət hissləri üzərində qurulub. Məhz bu dəyərlər cəmiyyətimizin dayanıqlığını və gələcək inkişafını təmin edən əsas amillərdən biridir.
Azvision.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Pirallahı Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Pirallahı Rayon İcra Hakimiyyətində keçirilən “Ailəmiz - ən güclü dəyərimiz” adlı tədbirdə deyib.

​O bildirib ki, bu gün dövlət siyasətində ailə institutunun qorunması və gücləndirilməsi xüsusi yer tutur.

“Regional İnkişaf” İctimai Birliyi olaraq biz də ailə institutunun möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş layihələrə xüsusi önəm veririk. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə icra etdiyimiz "Ailə Festivalı" və "Çempion Ailələr" kimi layihələr ailə üzvləri arasında müsbət ünsiyyətin güclənməsinə və komanda ruhunun formalaşmasına xidmət edir. Bu il layihəni intellektual yarış formatında həyata keçirməyimiz ailə dəyərlərinin, xüsusilə gənc nəsil arasında təbliğində böyük rol oynayır”,- deyə A.Əliyeva əlavə edib.

S.Həsənova
AzVision.az





Teqlər:



Xəbər lenti