İran ABŞ-ı məhkəməyə verdi

İran ABŞ-ı məhkəməyə verdi
  13 May 2026    Oxunub:1996
İran Haaqadakı arbitraj məhkəməsinə müraciət edib.
AzVision.az “Mizan” agentliyinə istinadən xəbər verir ki, Tehran Vaşinqtonu güc tətbiqi hədələri, iqtisadi sanksiyalar və İranın nüvə obyektlərinə qarşı “hərbi təcavüz”də ittiham edib. İrəli sürülən iddiada İran tərəfi 1981-ci il Əlcəzair Bəyannaməsinə istinad edir.

Həmin sənəddə ABŞ-ın İranın daxili işlərinə müdaxilə etməyəcəyi ilə bağlı rəsmi öhdəlik götürdüyü qeyd olunur. Tehran hesab edir ki, Vaşinqton beynəlxalq öhdəliklərini pozub. İttihamlar sırasında xüsusilə 2025-ci ilin iyununda baş vermiş qarşıdurma da qeyd edilir.

Xatırladaq ki, mart ayında İranın BMT-dəki daimi nümayəndəsi Amir Saeid Iravani ABŞ və İsraili hərbi əməliyyatlar zamanı İran ərazisindəki mülki obyektlərə məqsədli zərbələr endirməkdə ittiham etmişdi. Diplomat bildirmişdi ki, Vaşinqton və Təl-Əviv beynəlxalq hüquq normalarına məhəl qoymur.

Aprelin sonunda isə İravani ABŞ-ın tətbiq etdiyi dəniz blokadasını tənqid etmişdi. O qeyd etmişdi ki, Vaşinqton qanunsuz şəkildə gəmiçiliyə müdaxilə edir, İranın ticarət gəmilərini saxlayır və ekipaj üzvlərini beynəlxalq sularda həbs edir.

M. Həsənli


Teqlər:



Xəbər lenti