Tramp: "Çinin köməyinə ehtiyacımız yoxdur"

Tramp: "Çinin köməyinə ehtiyacımız yoxdur"
  13 May 2026    Oxunub:1952
ABŞ Prezidenti Donald Tramp İranla müharibəni dayandırmaq üçün Çinin köməyinə ehtiyac olmadığını bildirib. O, Pekində keçiriləcək sammit öncəsi “Bu işi ya sülh yolu ilə, ya da başqa cür həll edəcəyik” deyə açıqlama verib.
AzVision.az bu barədə Reuters-ə istinadla xəbər verir. Agentlik yazır ki, atəşkəsə baxmayaraq, tərəflər arasında yekun razılaşma əldə olunmayıb.

Bu arada İran Hörmüz boğazı üzərində nəzarətini gücləndirərək İraq və Pakistanla neft və qaz daşınmaları barədə razılaşmalar əldə edib.

ABŞ və Çin rəsmilərinin isə Hörmüz boğazından keçidə görə heç bir ölkənin ödəniş tətbiq etməməsi barədə ortaq mövqedə razılaşdığı bildirilir.

Trampın Çin Prezidenti Xi Jinping ilə görüşündə İran məsələsini müzakirə edəcəyi gözlənilir. ABŞ İranın nüvə proqramının dayandırılmasını tələb edir, Tehran isə sanksiyaların ləğvi və müharibə zərərinə görə kompensasiya istəyir.

Röya Əliyeva


Teqlər:



Xəbər lenti