Bildirilib ki, feldmarşal Asim Munir və Pakistanın daxili işlər naziri Möhsi̇n Nəqvi danışıqları davam etdirmək üçün Tehranda səfərdədirlər.İran rəsmilərinin Pakistan nümayəndə heyəti ilə ABŞ-ın təkliflərini və danışıqlar prosesinin gedişini geniş müzakirə ediləcəyi gözlənilir.
Qeyd olunur ki, Pakistan tərəfi vasitəçilik missiyası çərçivəsində Tehrandan sonra Vaşinqtona səfər etməyi planlaşdırır.
Pakistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Tahir Andrabi isə bildirib ki, ABŞ və İran arasında növbəti danışıqlar raundunun vaxtı hələ müəyyənləşdirilməyib.
Xatırladaq ki, aprelin 11-də tərəflər arasında keçirilən əvvəlki görüşdə Hörmüz boğazı üzərindən keçidin bərpası, İranın nüvə proqramı, sanksiyaların ləğvi və hərbi əməliyyatların dayandırılması məsələləri müzakirə olunub.
M.Həsənli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


