Çində aviareyslər kütləvi ləğv edilir

Çində aviareyslər kütləvi ləğv edilir
  16 Aprel 2026    Oxunub:1822
Çində bir sıra dövlət aviaşirkətləri artan yanacaq qiymətləri fonunda beynəlxalq uçuşları kütləvi şəkildə ləğv etməyə başlayıb.
Məlumata görə, əsasən Cənub-Şərqi Asiya və Avstraliya istiqamətlərindəki uçuşlar ləğv edilib. Sərnişinlər xüsusilə China Eastern Airlines Sichuan Airlines tərəfindən həyata keçirilən reyslərin dayandırıldığını bildirirlər.

Bəzi sərnişinlər uçuşlarının ləğv olunduğunu səfərdən bir neçə həftə əvvəl, digərləri isə son anda öyrəndiklərini qeyd edir ki, bu da onların iş və təhsil planlarına ciddi təsir göstərib.

Aviaşirkətlər reyslərin ləğvini təsdiqləsələr də, bunu ümumi şəkildə “siyasətin tənzimlənməsi” ilə izah edib, konkret səbəbləri açıqlamayıblar.

Qeyd olunur ki, bu vəziyyət Çində ən sıx turizm dövrlərindən biri olan "Qızıl həftə" ərəfəsində baş verir. Bu dövrdə həm daxili, həm də beynəlxalq səfərlərin sayında kəskin artım müşahidə olunur.

M.Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti