Kahramanmaraş faciəsinin detalları üzə çıxdı

Kahramanmaraş faciəsinin detalları üzə çıxdı
  16 Aprel 2026    Oxunub:1908
Türkiyənin Kahramanmaraş şəhərində baş verən silahlı hücumla bağlı istintaqın ilkin nəticələri açıqlanıb.
Şəhər Prokurorluğunun yaydığı məlumata görə, hadisə nəticəsində 1 müəllim və 8 şagird həyatını itirib. Bildirilib ki, hücum zamanı istifadə olunan silahlar hücumçunun polis baş müfəttişi olan atasına məxsus olub.

Açıqlamada qeyd olunur ki, hadisənin bütün təfərrüatlarının araşdırılması məqsədilə 3 baş prokuror müavini və 10 prokuror cəlb edilib.

Hücumçunun evində aparılan axtarış zamanı kompüterində əldə olunan rəqəmsal materialların araşdırılması nəticəsində məlum olub ki, o, bu cinayəti aprelin 11-də planlaşdırıbmış.

Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti