ABŞ Hörmüzdə tankerlərin keçidinə mane olub

ABŞ Hörmüzdə tankerlərin keçidinə mane olub
  15 Aprel 2026    Oxunub:1990
ABŞ hərbi qüvvələri Hörmüz boğazı ətrafında tətbiq edilən dəniz blokadası çərçivəsində İran limanlarına yönələn neft tankerlərinin hərəkətinə müdaxilə edib.
Məlumata görə, blokadanın tətbiqindən sonra ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına daxil olmağa və ya oradan çıxmağa çalışan azı səkkiz tankeri saxlayıb. Hərbçilər radio vasitəsilə ekipajlarla əlaqə saxlayaraq onlara "geri dön" əmri veriblər.

Bildirilir ki, tankerlər, o cümlədən Çin şirkətinə məxsus “Rich Starry” gəmisi göstərişlərə tabe olub və insident zamanı güc tətbiq olunmayıb.

Məlumatda qeyd olunur ki, əməliyyata 15-dən çox ABŞ hərbi gəmisi cəlb edilib.

Bununla yanaşı, son sutka ərzində Hörmüz boğazı vasitəsilə 20-dən artıq kommersiya gəmisinin hərəkəti qeydə alınıb.

M.Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti