Çex nazirdən kondisionerli kabinetlər və adamyeyənlər bənzətməsi

Çex nazirdən    kondisionerli kabinetlər və adamyeyənlər    bənzətməsi
  14 Aprel 2026    Oxunub:1813
İsrail İrana nüvə silahı əldə etməyə imkan verməyəcək. Bunu İsrailin xarici işlər naziri Qideon Saar Qüdsdə keçirdiyi mətbuat konfransında deyib.
O, Çexiyanın baş nazirinin müavini və xarici işlər naziri Petr Maçinko ilə birgə mətbuat konfransında vurğulayıb ki, "İran rejiminin" planlarının qarşısı qətiyyətlə alınacaq:

“Biz İran rejiminin bu təhlükəli planını həyata keçirməsinə icazə verməyəcəyik. Onun nüvə silahı əldə etməsinə və terrorçu şəbəkələri vasitəsilə bizə təzyiq göstərməsinə yol verməyəcəyik”.

G. Saar qeyd edib ki, ABŞ ilə birgə həyata keçirilən addımlar İranın nüvə və raket proqramlarına, eləcə də hərbi sənayesinə ciddi zərbə vurub. Onun sözlərinə görə, İsrail bundan sonra da yüksək hazırlıq vəziyyətini qoruyacaq.

Çexiyanın xarici işlər naziri Petr Maçinka isə İsrailə dəstəyini ifadə edib. O bildirib ki, regiondakı reallıqları uzaqdan qiymətləndirənlər vəziyyətin mürəkkəbliyini tam dərk etmirlər:

“İsrail sivil dövlətdir və qeyri-sivil düşmənlərlə əhatə olunub. Kondisionerli rahat ofislərdə oturan liberallar İsrailin hansı reallıqla üzləşdiyini anlamırlar”.

Çexiyalı nazir əlavə olaraq məsələni bənzətmə ilə izah edib:

“Bu insanlar sanki kannibalların yaşadığı kəndə gələnlər kimidir. Onlar deyirlər: ‘Biz sizi sevirik, çünki insan haqlarına inanırıq’, kanniballar isə cavab verir: ‘Biz də sizi sevirik, nuş olsun’”.

Görüşün yekununda tərəflər İsrail və Çexiya arasında birgə hökumətlərarası komissiyanın yaradılması barədə razılığa gəliblər. Komissiyaya hər iki ölkənin xarici işlər nazirləri rəhbərlik edəcək.

M. Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti