Çin gəmisi ABŞ-nin blokadasını saymadı

Çin gəmisi ABŞ-nin blokadasını saymadı
  14 Aprel 2026    Oxunub:1865
ABŞ-nin Hörmüz boğazında İran limanlarına daxil olan və çıxan bütün gəmilərə dəniz blokadası tətbiq etməsinə baxmayaraq, Çinə məxsus tanker boğazdan keçib.
“Marine Traffic” gəmi naviqasiyasının veb-saytının məlumatında bildirilir ki, bu, sahibi ABŞ sanksiyalarına məruz qalan Çinə məxsus “Rich Starry” adlı gəmidir. Tanker kimyəvi maddələrin daşınması üçün istifadə olunur və ortaölçülü gəmidir.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ötən gün İran limanlarına daxil olan və çıxan bütün gəmilərə dəniz blokadası tətbiq edəcəyini açıqlayıb.


Teqlər: ABŞ   İran  



Xəbər lenti