Liseydə silahlı insident: 16 nəfər yaralandı

  Liseydə silahlı insident:  16 nəfər yaralandı
  14 Aprel 2026    Oxunub:1966
Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətindəki liseyin şagirdi aprelin 14-də məktəb binasının içərisində nizamsız şəkildə ətrafa atəş açıb.
Hadisə Siverek rayonundakı Ahmet Koyuncu Anadolu Peşə Liseyində baş verib. İlkin məlumatlara görə, insident zamanı əksəriyyəti şagirdlər olan 16 nəfər yaralanıb.

Şanlıurfa valisi Hasan Şıldak hücum edən şəxsin ov tüfəngi ilə silahlandığını və atışmadan sonra intihar etdiyini bildirib.

Hadisənin səbəbi araşdırılır.


Teqlər:



Xəbər lenti