Erməni deputat: "Hər gün 10 əsgər itiririk"
Sarqsyan qeyd edib ki, bu vəziyyət xüsusilə xidmət edən hərbçilərin üzərinə əlavə yük salır və orduda gərginliyi artırır. O, mövcud sistemin problemlərini açıq şəkildə qaldıraraq dəyişikliklərin vacibliyini vurğulayıb.
Müşahidəçilərə görə, çağırışdan yayınma hallarının artması bir neçə əsas faktorla bağlıdır: sosial-iqtisadi çətinliklər, təhlükəsizlik riskləri və cəmiyyətdə hərbi xidmətə münasibətin dəyişməsi.
Eyni zamanda, vətəndaşlıqdan imtina edənlərin sayının artması ölkədə demoqrafik və təhlükəsizlik baxımından risklər yaradır. Bu tendensiya davam edərsə, Ermənistanın hərbi potensialına uzunmüddətli təsirlər göstərə bilər.
Röya Əliyeva
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


