ABŞ-nin İrana təklifi: "20 il dayan!"

ABŞ-nin İrana təklifi:    "20 il dayan!"
  14 Aprel 2026    Oxunub:1205
ABŞ İslamabadda keçirilən danışıqlarda İrana uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyi təklif edib.
“Axios” öz mənbələrinə istinadla bildirib ki, Tehran buna cavab olaraq zənginləşdirmənin 10 ildən az müddətə dayandırılmasını nəzərdə tutan əks təklif irəli sürüb.

Qeyd edək ki, aprelin 11-də ABŞ və İran Pakistanın paytaxtında bir neçə raund danışıqlar aparsalar da, fikir ayrılıqları səbəbindən yekun razılıq əldə olunmayıb.


Teqlər: ABŞ   İran  



Xəbər lenti